Lənkəranskinin varisinə Rusiyada şok qadağa

Müəllif: Nigar
Şərhlər: 3
Baxılıb: 2 324
Səs ver:
(səs: 0)
Rusiya hüquq mühafizə orqanları İtaliyanın Bari şəhərində məskunlaşan kriminal avtoritet Merab Canqvaladzeylə ("Suxumski”) görüşüblər.

BiG.AZ-ın lent.az-a istinadən məlumatına görə, rus polisi "Merab Suxumski”yə onun Rusiya vətəndaşlığından azad edilməsi barədə qərarı təqdim ediblər.

Qərarda onun ömürlük Rusiyaya gəlməsi də qadağan olunub. Qanuni oğru qərara imza atsa da, öz növbəsində məhkəməyə müraciət edəcəyini bildirib. Baridə ev dustaqlığında olan "Suxumski” rusları müşayiət edən yerli polisdən baş verənləri videoya köçürülməsini də istəyib və bu istək qəbul olunub. Bu arada İtaliya hökuməti də "Suxumski”dən can qurtarmağın yollarını axtarır. Amma onun hara ekstradisiya ediləcəyi hələ də qaranlıq qalıb.

Qeyd edək ki, Merab azərbaycanlı mərhum kriminal avtoritet Rövşən Lənkəranskinin varisi hesab olunur.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 324
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri