Yarışmaçılar xəyal edir, Səlim Yuhay daha yaxşısını yaradır. Sfera.az bildirir ki, bu günə qədər yüzlərlə evdə möcüzələr yaradan memarın öz evi də göz oxşayır. Salondan mətbəxə, yataq otağından hamama qədər hər yerdə göz oxşayan detalları tapa biləcəyiniz "Evim Şahane" Memarı Səlim Yuhay öz evi üçün, geniş və rahat bir məkan seçib. Bununla birlikdə salon və divarlarda yalnız toy fotoşəkillərinin deyil, tətil fotoşəkillərinin da olması lazım olduğunu söyləyən memar Səlim Yuhay, bütün bunları öz evində də tətbiq etdiyini deyir. Rəng keçidləri onun üçün olduqca əhəmiyyətlidir. Rənglərə tez-tez müraciət edən və aksesuarlara tez-tez yer verən Memar Səlim Yuhay mümkün qədər az mebel istifadə edərək daha rahat və daha dinc bir ev dekor etməyə diqqət göstərib. Klassik və müasir tədzi bir araya gətirən Memar Səlim Yuhayın öz evi fərqli zövqlərin əks olunması ilə bəzədilib. İşləmələr, müasir detallar, tavan bəzək və təbii daşlara da yer verilən evdə, mümkün qədər az mebel istifadə edilərək rahat bir mühit yaratmağa diqqət göstərib.