Lənkəranskinin yaxını olan "qanuni oğru" Rüfət Gəncinski Bakıya gətirilir - VİDEO

Müəllif: Nigar
Şərhlər: 2
Baxılıb: 2 735
Səs ver:
(səs: 0)
Rövşən Lənkəranskinin ən yaxın adamı sayılan, Rüfət Gəncinski adı ilə tanınan 34 yaşlı Ülfət İsmayıl oğlu Tağıyev Rusiyada cəza çəkdiyi müəssisədən Bakıya ekstradisiya olunur.
Salamnews-a etibarlı mənbənin verdiyi məlumata görə, Rüfət Gəncinski artıq cəza çəkdiyi yerdən yola salınıb, yaxın 2-3 ayda Bakıda olacaq. O, 2015-ci ildə Rusiyada 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Rüfət Gəncinskiyə “qanuni oğru” adını Rövşən Lənkəranski verib. R.Gəncinski 2013-cü ildə həmyerlisi, Lyublinsk bazarının həmtəsisçilərindən birini öldürməkdə və qanunsuz silah ticarəti ilə məşğul olmaqda təqsirli bilinib. O, həmçinin məşhur kriminal avtoritet Ded Xasanın ölümü ilə bağlı cinayət işində də əsas fiqurlardan biri hesab olunur. İttihamın irəli sürülməsinə rəğmən, azərbaycanlı kriminal avtoritet bildirib ki, o, sadəcə killerə nəzarət edib və əməliyyatın detallarını hazırlayıb. Rüfət Gəncinski bu qətlin təşkilatçısı və ya sifarişçisi olmadığını iddia edib.

Xatırladaq ki, Ülfət Tağıyev 2013-cü ilin payızında Moskva şəhərində saxlanılıb. “Rufo” adı ilə tanınan "qanuni oğru" saxta sənədlə Moskvaya gələndə tanınıb və yaxalanıb. R.Gəncinskini dəfələrlə Ded Xasanın qətlinə görə dindiriblər. Lakin o, kriminal avtoritetin qətlində hər hansı rolunun olduğunu inkar edib. “Köhnə Fayton” restoranının yaxınlığında görünməsini isə başqa həmkarları ilə görüşməsi ilə əsaslandırıb. Ded Xasanın yaşadığı evdə aparılan axtarış və onun ailə üzvlərinin dindirilməsi də heç bir nəticə verməyib.

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 735
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri