SON DƏQİQƏ! Batan neftçilərdən XƏBƏR VAR: Biri budkanın içərisindədir - FOTO

Müəllif: Nigar
Şərhlər: 5
Baxılıb: 3 810
Səs ver:
(səs: 0)
"İtən neftçilərin axtarışı zamanı dənizin dibində budka aşkar edilib"

Bunu azvision.az-a ötən gün baş verən faciə zamanı itkin düşən neftçi Əsədov Samir Atabala oğlunun qardaşı Cəfər Əsədov deyib.

"Bizə bildiriblər ki, dənizin dibində budka tapılıb. Deyilənə görə qardaşım həmin budkanın içindədir. Hazırda budkanın dənizin dibindən çıxarılması ilə bağlı işlər görülür. Dənizdə işləyən qohumlarımız bu məlumatı təsdiq ediblər. Təki qardaşım sağ-salamat tapılsın. Onun üç körpə balası var. Uşaqları atalarının yolunu gözləyir".

Qardaşının sözlərinə görə, Samir Əsədov sonuncu dəfə srağagün axşam saatlarında evə zəng edib, böyük qızı Simarə ilə danışıb.

"Qızına dənizdə havanın küləkli olduğunu deyib. Simarədən xahiş edib ki, onun əvəzinə bacı-qardaşlarını öpsün. Uşaqları qohum evinə qoymuşuq. Onlar tez-tez atalarını soruşurlar. Evə gələn kimi deyirlər ki, bizi niyə aldadırsınız, atamız niyə gəlmir? Cavab verə bilmirik", - deyə itkin düşən neftçinin qardaşı söyləyib.

Məlumat üçün bildirək ki, Əsədov Samir Atabala oğlu 4 yanvar 1979-cu ildə Ələt qəsəbəsində doğulub. 3 uşaq atasıdır. Onun Həcər (10 yaş), Simarə (11) adlı iki qızı və Cavid adlı 4 yaşlı bir oğlu var.

İtkin düşən digər neftçi Cavid Bəhrəmovun bacısı Xədicə Bəhrəmova bildirib ki, o, qardaşının sağ qayıtmasını gözləyir.

"Bizə məlumat veriblər ki, axtarışlar uğurla davam etdirilir. Dənizdə neftçilərin olduğu yaşayış budkası tapılıb. Cavab gözləyirik. İnanmaq istəyirik ki, neftçilər sağ-salamat qayıdacaqlar. Qardaşım bu yaxınlarda təzə evə köçmüşdü. Hələ evin kreditini verib qurtarmayıb"

Cavid Bəhrəmov 23 sentyabr 1967-cı ildə anadan olub. 3 uşaq atasıdır.

Həyat yoldşaı – Bəhrəmova Nüşabə Habil qızı- 20.05.1969
Oğlu – Bəhrəmov Xalid Cavid oğlu – 30.12.1995
Qızı – Babayeva Müşərrəf Cavid qızı – 06.06.1990 (evlidir)
Qızı –Bədəlova Aysel Cavid qızı – 24.01.1992 (evlidir)

Qeyd edək ki, dünən Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.

Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 3 810
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri