Doğuş Türkiyə kanalında Xoşqədəmdən elə sözlər danışdı ki … - VİDEO

Müəllif: Nigar
Şərhlər: 7
Baxılıb: 4 392
Səs ver:
(səs: 0)
Türkiyənin “Star” telekanalında yayımlanan “Duymayan Kalmasın” verilişində Doğuşun həyat yoldaşı Xoşqədəm Hidayətqızı haqqında söylədiyi fikirlər aparıcıları təəccübləndirib.
Kanalın aparıcıları olan model Deniz Akkaya və müğənni Seren Serengil Doğuşa ailə həyatı və övladları barədə suallar veriblər. İlk verdikləri suala isə Doğuşun reaksiyası bir qədər fərqli olub və düzəliş edib.
Deniz Akkayanın sual belə olub: “Azərbaycanın Müge Anlısı olaraq anılan bir televiziya aparıcısı ilə həyatını birləşdirmisən. Mən belə eşitdim, doğrudurmu?” Doğuş isə ilk olaraq sualda səslənən fikrə aydınlıq gətirib: “İlk olaraq bir şeyi deyim. Müge Anlı müzakirə olunmayacaq bir insandır. Bizim canımız, bizim qürurumuzdur. Mənim həyat yoldaşım da Müge Anlı kimi səmimi və ciddidir. Ona görə də həftənin 5 günü və həftə sonu da olmaqla 6 gün veriliş aparır və Azərbaycanın reytinqində bir nömrədir, həmçinin də siyasi yazardır. Yəni boş bir qadın deyil”.
Deniz Akkaya isə Doğuşun dediklərinə qarşılıq olaraq “Doğuş, sənə halal olsun, nə qədər gözəl bir qadını ələ keçirmisən?! Mən iki ayağını yerə sərt və əminliklə basan qadınları xoşlayıram” deyib.

(A24.az)

[media=https://youtu.be/n5Z01mD0zIs]
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 4 392
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri