Nazirin işdən qovduğu "zorlanmış" müəllimə işə necə düzəlib? - Rəsmi açıqlama

Müəllif: Nigar
Şərhlər: 1
Baxılıb: 3 038
Səs ver:
(səs: 0)
Bakı Təhsil İdarəsi bir müddət əvvəl Xəzər rayonu Şimal DRES qəsəbəsindəki 230 saylı orta məktəbdə direktor tərəfindən zorlandığını iddia edən, daha sonra isə işdən qovulan direktor müavini Ləman Babayevanın İftixar Tağıyev adına 26№-li tam orta məktəbdə işə başlaması xəbərinə aydınlıq gətirib.

Bakipost.az-ın sorğusuna cavab olaraq idarədən bildirilib ki, Bakı şəhəri 230 nömrəli tam orta məktəbin rəhbər işçiləri (direktor və direktor müavini) arasında işgüzar münasibətlərin, mənəvi-psixoloji durumun pozulması nəticəsində yaranmış vəziyyətlə əlaqədar olaraq, təlim-tərbiyə işləri üzrə direktor müavini Babayeva Ləman Eldar qızı müraciət edərək tutduğu vəzifədən azad edilməsini və malik olduğu ixtisas üzrə müəllim saxlanılmasına razılıq verilməsini xahiş edib: "Ləman Babayevanın ərizəsi nəzərə alınaraq, onunla bağlanmış əmək müqaviləsi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən ləğv edilib. Daha sonra onun Bakı şəhəri İftixar Tağıyev adına 26№-li tam orta məktəbdə ixtisası üzrə biologiya müəllimi kimi əmək fəaliyyətinin davam etdirməsi məqsədəuyğun hesab edilib”.

Xatırladaq ki, bir müddət əvvəl Ləman Babayevanın 26 saylı orta məktəbdə işə başlamasıyla bağlı məlumat yayılıb. Məlumatda bildirilir ki, Bakı şəhəri İftixar Tağıyev adına 26№-li tam orta məktəbin kollektivi onun bura təyinat almasına etiraz edib. Müəllim və digər işçilər ərizə yazaraq narazılıqlarını ifadə ediblər, lakin ərizələri geri qaytarılıb.

Qeyd edək ki, bir müddət öncə 230 nömrəli məktəbin direktoru Elşən Qafarov və müavini Ləman Babayeva zorlanma iddiası ilə mətbuatın gündəminə gəlmişdi. Belə ki, xanım müavin direktor E. Qafarov tərəfindən zorlandığını bildirirdi. Lakin bu fakt Xəzər rayon Prokurorluğu tərəfindən təsdiqlənməyib.
Mətbuatda yayılan məlumatlarda L. Babayevanın erməni əsilli olduğu da vurğulanırdı.

Daha sonra isə təhsil naziri Mikayıl Cabbarovun əmri ilə Elşən Qafarov və Ləman Babayeva işdən qovulmuşdu.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 038
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri