Rafet El Romanın yeni azərbaycanlı kəşfi bu qız oldu - VİDEO

Müəllif: Nigar
Şərhlər: 2
Baxılıb: 1 528
Səs ver:
(səs: 0)
"Gedək üzü küləyə" mahnısı ilə sosial şəbəkədə fenomenə çevrilən Çinarə Məlikzadə Türkiyənin məşhur müğənnisi Rafet El Roman ilə eyni səhnəni bölüşüb.

AZXEBER.COM Musavat.com-a istinadən xəbər verir ki, türkiyəli müğənni konserti zamanı Çinarəni yeni kəşfi adlandıraraq səhnəyə dəvət edib. Onlar "Son məktub" və "Ayrılıq mahnılarını duet şəklində ifa ediblər.

Daha sonra azərbaycanlı ifaçı "Gedək üzü küləyə" və "Sil baştan" mahnısını oxuyub.

Ç. Məlikzadəyə təriflər yağdıran Rafet onun üçün yeni mahnı yazacağını bildirib: "Mən səhnəyə çətinliklə gəlmişəm. O vaxt özümə söz verdim ki, nə zamansa məşhur olsam, istedadlı gənclərə dəstək olacağam. Çinarə mənim yeni kəşfimdir. Musiqiçi dostlar dinləyib, çox bəyənmişdi. Mən də onunla səhnəni bölüşmək istədim. Çox gözəl səsi var, istəsə yüksək zirvələrə qalxa bilər. Əminəm ki, onun səsini bir çox ölkələrdə sevəcəklər. Söz verirəm ki, Çinarə üçün yeni və gözəl mahnı yazacağam".

Qeyd edək ki, illər öncə Bakıda konsert proqramı ilə çıxış edən Rafet El Roman Ezo adlı ifaçını özü ilə Türkiyəyə aparmışdı. Ezo hazırda Türkiyənin tanınmış müğənnilərindəndir.

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 528
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri