Qalmaqallı idmançı məhkəməyə veriləndən sonra: İnstagram səhifəsi ŞİKAYƏTDƏN BAĞLANDI!!!!

Müəllif: Nigar
Şərhlər: 7
Baxılıb: 5 516
Səs ver:
(səs: 0)
İdmançı Kamil Zeynallının jurnalisti təhqir etməsi məsələsi hüquqi müstəvisində öz həllini tapacaq. Belə ki, jurnalist Əfruzə Ağayeva bu barədə rəsmi ərizə ilə müraciət edib.

Əfruzə Ağayevanın vəkili Vüqar Səfərli Cebhe.info-ya açıqlamasında idmançının hərəkətlərini "qanunsuz” adlandırıb və jurnalistin bununla bağlı məhkəmədə iddia da qaldırdığını qeyd edib:



"Əfruzə Ağayeva mənə bu məsələ ilə bağlı müraciət etdiyi zaman Kamil Zeynallı tərəfindən, Kamilin öz "İnstagram" sosial şəbəkədəki profilindən birbaşa Əfruzənin ünvanına açıq -aşkar təhqir, hətta küçə söyüşlərini özündə əks etdirən şərəf və ləyaqəti alçaldan məlumatlarla sübutlarla tanış oldum. Hər şeydən əvvəl bildirmək istəyirəm ki, heç bir kişiyə, ələxsus ictimai nüfuzu olan,müəyyən qədər tanınan şəxsə bir xanımın ünvanına küçə söyüşlərini işlədərək təhqir etməsini yaraşdırmaq olmur. Kamil Zeynallı sosial şəbəkələrdə yayınladığı videoçarxında Azərbaycan Respublikasının qanunlarına hörmət etdiyini bildirdi. Hər birimizin borcudur ki, qanunlarımız aliliyinə hörmət edək. Ancaq insan və vətəndaş hüquq-azadlıqlarına hörmət edən və bu sahədə qanunların tələblərinə riayət edən heç bir kişi hansısa bir xanımı istər jurnalist olsun, istərsə də digər məsləyin sahibi, ümumiyyyətlə ictima statusundan aslı olmayaraq heç kəsi təhqir etməz.

Sözügedən videçarxda Kamil Zeynallı dəfələrlə "söymüşəm, əcəb etmişəm" ifadəsini işlədir. Bu artıq qanunlara hörmət etmək yox, birbaşa qanun pozunutusudur. Hüquqa və həmçinin əxlaqi dəyərlərə ziddir. Azərbaycan Respublikasının Konstitusiyasının 46 -cı maddəsinə görə, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ var. Əfruzə xanım özü Nəsimi rayon Polis İdarəsinə ərizə ilə müraciət edib və izahatını verib. Kamil Zeynallının hansı ifadəni verdiyini qeyd edə bilmərik. O ki qaldı Əfruzə Ağayevanın tələbinə, jurnalist xanım K.Zeynallının İnstagram hesabında və KİV-də üzr istəməsi tələbi ilə məhkəməyə müraciət edib. Kamil Zeynallı Əfruzə Ağayevanın mobil nömrəsinə hədə-qorxu dolu mesajlar yazaraq onu təhdid edib. Buna görə də hal-hazırda jurnalist Əfruzə Ağayevanın həyat və sağlamlğı ciddi təhlükədədir. Onsuz da xanım kifayət qədər stressdə və hal-hazırda həkim nəzarətindədir".

Qeyd edək ki, qalmaqal bir müddət öncə Kamil Zeynallının teleaparıcını və gənc jurnalisti təhqir etməsi ilə başlayıb. Teleaparıcıdan üzr istəyən idmançı jurnalisti təhqir etdiyi üçün peşman olmadığını videoçəkilişləri ilə qeyd edib. İdmançı Kamil Zeynallı jurnalistin məhkəmə iddialarından sonra öz şəxsi İnstagram səhifəsini də silib.

Qalmaqallı idmançı məhkəməyə veriləndən sonra: İnstagram səhifəsi ŞİKAYƏTDƏN BAĞLANDI!!!!
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 5 516
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri