"Azərbaycanda 70% insanların həyatını cadu dağıdır" - Rusiyada məşhur olan azərbaycanlı EKSTRASENS

Müəllif: Nigar
Şərhlər: 2
Baxılıb: 2 382
Səs ver:
(səs: 0)
EKSTRASENS AQİL MƏHƏRRƏMOVUN BiG.AZ-A MÜSAHİBƏSİ :

- Yeni ildən sonra yenidən Bakıdasınız. Fəaliyyətinizdə hər hansısa dəyişiklik olacaq ?

- Çalışacam tez-tez efirlərdə görünüm. Kənarda qaldıqca boşluq yaranır. Bəlkə mən nələrsə etsəm digərləri də ortalığa çıxar. Mənim fəaliyyətim insanlara xidmət etməkdir, efirlərə, radiolara çıxıb, hər gün müsahibə vermək deyil. Sadəcə arada bunlar da lazımdır ki, insanlar səni tanısın və anlasın.

- Neçə ildir bu işlə məşğulsunuz ?

- 13 il ...

- Bu 13 ildə nəyə görə peşmansınız ?

- İki ölkə arasında qalıb, bir dəfəlik seçim edə bilməməkdən peşmanam.

- Ekstrasens nəyi bilməlidir və ya nəyi öyrətməlidir ?

- Ekstrasens magiyanın qanunlarını bilməlidir. İnsanlara düzünü deməlidir və düzgün yol göstərməlidir. Bilmirəm buna öyrətmək demək nə dərəcədə düzgün çıxar, amma əsas bunlar olmalıdır.

- Magiyanın qanunları dedikdə nə nəzərdə tutulur ?

- Magiyanın əsas qanunu öz mənfəətin üçün başqasına ziyan vurmamalısan, yalan deməməlisən, səhv fikir ötürməməlisən, öz qazancın üçün nədənsə istifadə edib, öz yaxşılığına görə çalışmamalısan və icazə verildiyi qədər insanlara məlumat verməlisən. Şər və xeyir arasında qalmayib, bir yol seçməlisən.

- Aqil bəs hansı yolu seçib ?

- Aqil hələ ki, düz yoldadır.

- Ekstrasensin gücü nə zaman tükənir ?

- Mənəvi həyatında ekstrasens zəifləyərsə, problemlərlə üzləşərsə tam işinə gücünü verə bilmir.

- Elə iş varmı ki, gücünüz çatmır deyə, onu götürmürsünüz ?

- Götürmədiyim işlər var. Amma gücüm çatmır deyə yox, sadəcə sağlamlığıma ziyan olur deyə bəzi işlər var ki, imtina edirəm. Əsasən sağlamlıqla bağlı işləri çox götürmürəm. Biznes və şəxsi həyatla bağlı işləri daha çox götürürəm. Cadunu təmizləyirəm, "zaşita" qoyuram.

- " Zaşita" nə demək ?

- " Zaşita" ya güzgüyə qoyulur,ya da insanın energetikasına qoyulur. Bu zaman həmin "Zaşita" çox zaman sınmır. Bu " Zaşita" insanı nəfsdən, cadu-əməldən. xəta-bəladan qoruyur. Ancaq peşəkarın qoyduğu " Zaşita" ...

- Hər hansı bir ekstrasens o "zaşita"nı sındıra bilməz ?

- Yox. Onun kodu məndədir ancaq. Həmçinin başqa ekstrasens də onu edibsə kodu yalnız özü bilir.

- Sizə müraciət dənlərlə hər zaman dürüstsünüz ?

- 90 faiz hə. 10 faiz ölüm xəbərlərini vermirəm.

- Yanınıza gələn adamın heç görmüsünüzmü tezliklə öləcək ?

- Hə ... O zaman insandan iylənmiş ət iyi gəlir, insana deyirəm ehtiyatlı olun. Amma əcəl gəlibsə nə etmək olar ? Ölüm tarixi dəyişilmir.

- Bəs siz nəyi dəyişdirə bilirsiniz ?

- Şəxsi həyatında insanın problemlərini, madiyyatı ilə bağlı bir çox şeyləri və s.

- İşinizlə bağlı nəyi etiraf eləməkdən qorxursunuz ?

- Əgər etiraf etsəm deməli qorxmuram, amma elə şey yoxdur. Sadəcə mən bir şey istəyirəm ki, insanlar bizi qəbul etsinlər.

- Niyə sizi qəbul etməlidirlər ?

- Çünki hər peşədə yalançı da var, dürüst də .

- Bəs şəxsi həyatla bağlı nəyi etiraf eləməkdən qorxursunuz ?

- Artıq heç nəyi ...

- Sonuncu dəfə kimə kömək etmisiniz ?

- Haqsız yerə həbs edilən insanın azadlığa çıxmasına kömək etdim. Hadisə Rusiyada olub.

- Son aylar ən çox sizə nə üçün müraciət edirlər ?

- ( gülür-red) " Ərimi qaytar mənə " deyə bir qadın gəlmişdi. Sabah belə də yazacaqsınız ?! Loru dildə çox pis səslənir. Amma belə problemlər bu dəqiqə geniş vüsət alıb. Ancaq mən görsəm ki, əri ikinci qadını daha çox sevir, o zaman elə bir şey etmirəm. Amma görsəm ki, ərlə -arvad arasına nə isə başqa məqamlar var, o zaman hə işə keçirəm.

- Dediklərinizin neçə faizi düz çıxır ?

- 80 faizi.

- Xəyanətlə bağlı sizə müraciətlər çox olur ?

- Rəqəm deməyim ki, şərhlərdə məni yıxıb-sürüyəcəklər. Amma çox olur.

- Yaxşı bəs şəxsi həyatda xəyanətlə qarşılaşmısınız ?

- Yox, olarsa həmin an silərəm.

- Aqil nə üçün insanlar sizə inanmalıdır ?

- Mən əminliklə deyə bilirəm ki, heç kəsi aldatmıram. Dediyimin arxasında dururam. Nəyi demişəmsə demişəm, onu sonradan başqa yönə fırlatmıram.

- Yanınıza gələn insanlarla heç olur dostlaşırsınız ?

- Demək olar əksəriyyəti ilə ...

- Elə olub ki, sizi özündənrazı bilib sizin yanınıza gələndən sonra fikri dəyişənlər ?

- Hə olub. Yanıma gələndən sonra tərifləyiblər ki, sadə və səmimisiz (gülür-red). Qarşımdakı insana uyğun hərəkət etməyi sevirəm. Məsələn bu gün böyük bir biznesmen bahaı geyimdə gəlib elə sifətdə oturmuşdu ki, artıq onun yanında mən də özündənrazılıq etdim, hər şey qarşılıqlıdır.

- İnsana ilk dəfə baxanda nələri görürsünüz ?

- Keçmişindəki səhvlər kino lenti kimi göz önümə gəlir və ona həmin səhvlərini deyirəm. Ekstrasens dedikdə sırf şeytanla işbirliyində olan adam nəzərdə tutulmamalıdır. Mənim Allahım da, dinim də bəllidir. Bir müsahibəmdə "Allahu Əkbər", "İnşallah" dedim insanlar məni topa tutdu. Niyə məgər ekstrasens insan deyil ? 4 dəfə "Qurani - Kərimi" oxumuşam. Bunu reklam üçün demirəm sadəcə ekstrasens dinsiz demək deyil.

- Rusiya və Azərbaycanı müqayisə etsək cadu harada daha çox inkişaf edib, evlər yıxır ?

- Azərbaycanda 70 faiz insanların həyatını cadu dağıdır. Məsələn bu yaxında bir qadın yanıma gəlmişdi, 11 dəfə hamilə qalıb, ancaq 7-8 aylıqda uşaqları tələf olub. Cadusunu təmizlədim, övladını qucağına alıb.

Əlaqə üçün: 055 223 66 13

İnstagramda isə:ekstrasens_agil_magarramov

"Azərbaycanda 70% insanların həyatını cadu dağıdır" - Rusiyada məşhur olan azərbaycanlı EKSTRASENS


(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 382
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri