Dünyanın sonunu gətirəcək fəlakət XƏBƏRDARLIĞI: Dənizlər daşacaq, əsrin sonuna kimi...

Müəllif: Nigar
Şərhlər: 9
Baxılıb: 1 597
Səs ver:
(səs: 0)
İqlim dəyişikliyi nəticəsində yaranacaq yüksək temperatur səbəbindən dünyada hər il 200 min nəfər ölə, sel səbəbindən isə 10 milyard dollarlıq ziyan dəyə bilər.
Publika.az xəbər verir ki, bu, Avropa Ətraf Mühit Agentliyi 2016-cı il hesabatında yer alıb.


Agentliyin məlumatına görə, iqlim dəyişikliyi təsirindən yüksək “istixana qazı”nın artımı və lazımlı tədbirlərin görülməməsi durumunda əsrin sonuna qədər problemlər iki dəfə arta bilər. Hesabatda iqlim dəyişikliyinin keçmişdə və gələcəkdə səbəb ola biləcəyi dəyişiklər də incələnib.
Bildirilib ki, Avropa qitəsində dəniz səviyyəsinin yüksəlməsi müşahidə edilir. İqlim dəyişikliyi səbəbindən bu qitədə isti temperatur dalğası hökm sürür, quraqlığa məruz qalır. Artıq ekosistemdə ciddi dəyişikliklərin baş verdiyi vurğulanıb.
Hesabatda iyirmi birinci əsrdə qütblərdə buz təbəqəsinin əriməsinin dəniz səviyyəsini 50 santimetrə qədər yüksəldəcəyi xəbərdarlığı edilib.
Dəniz səviyyəsinin yüksəlməsinin qitədəki sahil ölkələrində sellərin artmasına səbəb ola biləcəyi bildirilib. Bu isə həmin ərazilərdə yaşayan 200 milyon avropalı üçün ölüm təhlükəsi deməkdir. Həmçinin qlobal istiləşmə səbəbindən Hollandiyada XXI əsrdə dəniz səviyyəsinin 1 metrə qədər yüksələ biləcəyi qeyd edilib.
Hesabatda vurğulanır ki, orta hesabla qlobal istiləşmə səbəbindən ən aşağı “istixana qazı” effekti qarşısında orta illik temperatur 0.3-dən 1.7 dərəcəyə qədər yüksələ bilər. Bu qazın effekti yüksək olduğu halda temperaturun 2.6-4.8 dərəcəyə yüksələ biləcəyi təxmin edilir.
Agentliyin məlumatına görə, Şimali Avropada ən çox qış, cənubda isə yay aylarında temperatur dəyişməsinin müşahidə ediləcək.
“Avropa qitəsində 2006-2015-ci illərdə illik orta temperaturun 1.5 dərəcə artıb. Qitədə 2003-cü ildən bəri yay ayları çox isti keçir, bu da ölüm halları və iqtisadi problemlərə yol açır. Belə ki, 2000-ci ildən bu yana bu qitədə yüksək temperatur səbəbindən on minlərlə insan həyatını itirdi. Yüksək temperatur dalğasının Avropanı iki ildən bir təsir altına alacağı gözlənilir, bundan ən çox təsirlənən qitənin cənub hissəsi olacaq”, - deyə hesabatda qeyd edilib.
Hesabatda o da vurğulanıb ki, yüksək “istixana effekti”nin qarşısı alınmazsa, iqlim dəyişikliyinin təsirindən XXI əsrin sonunda ölüm səbəbi iki dəfə arta bilər.
Həmçinin hər il meşə yanğınları 800 min hektar ərazini əhatə edəcəyi, bundan 150 milyon insanın təsir görəcəyi bildirilir. Bu hadisələr nəticəsində yaranan maddi ziyan 42 milyard avroya çatacaq. 1980-2013-cü illər ərzində isə iqlim dəyişikliyinin 400 milyard dollar zərərə səbəb olduğu bildirilir.
Avropa Ətraf Mühit Agentliyinin rəhbəri Hans Bruyninx hesabata əsaslanaraq iqlim dəyişikliyinin növbəti on illiklərdə də davam edəcəyini bildirib.
Qeyd edək ki, Avropa Ətraf Mühit Agentliyi Avropada iqlim dəyişikliklərini dəyərləndirərək 4 ildən bir hesabat yayır.
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 1 597
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri