Mərkəzi Bankda valyuta hərracının başlamasına az bir vaxt qalmış "qara bazar”da Dollar daha da bahalaşdığı bildirilir.
Hazırda "qara bazar”da Dollar 1.95 manata alınır, 1.97 manata satılır.
Ötən gün "qara bazar” dolları 1.90 manata alıb, 1.93 manata satırdı. Yanvar ayının 27-də səhər saatlarında isə 1.93 manat alınıb, 1.96 manata satılırdı.
Qeyd edək ki, banklarda Dolların satış qiyməti 1.9850 manatadək qalxıb. Banklar Dollar ən baha 1.94 manatdan alırlar.