ŞOK! Həmidə Ömərova Polad Bülbüoğlu ilə ailə qurub? - VİDEO

Müəllif: Nigar
Şərhlər: 3
Baxılıb: 8 022
Səs ver:
(səs: 0)
Xalq artisti Həmidə Ömərova "Klip+" verilişinin qonağı olub.

BiG.AZ xəbər verir ki, aktrisa kliplərə çəkilməməsindən danışıb:

" Mənim kimi statuslu aktrisaların klipə çəkilməsi üçün maraqlı süjet olmalıdır. Klipin özünün audoviziual estetikası olmalıdır. Aktyorda burada özünü yaxşı göstərmək istəyir. Hər aşiqin öz dövranı var".

H.Ömərova sənətdə qarşılaşdığı haqsızlıqlardan bəhs edib:

"Hər aşiqin öz dövranı var. Hər zaman susmaqla mübarizə aparmışam. Hər an uçurum qarşısındasan, güc tapmalısan ki, ordan yıxılmayasan. Səddi aşmalısan, amma həddini qorumalısan. Çox çətindi sənədlə ailəni bir tutmaq. Mütləq xırda qurbanlar verirsən. Uşağım balaca olanda onu çəkiliş meydançaslna aparırdım. Övladım uşaqlığını istədiyi qədər yaşamayıb. Ona görə də gec böyüdü, uşaqlığından gec ayrıldı. Hər sənətkar bu problemlə rastlaşır".

H.Ömərova "Yenidən aparıcılıq etmək istəyərsiniz" sualına "Heç vaxt razılaşmaram. Hesab edirəm ki, hər şeyin öz vaxtı var. 22 il "Retro" aparmışam. 30 il aparıcı çalışmışam. Bu bəsdir" cavabını verib.

H.Ömərova bir vaxtlar Polad Bülbüloğlu ilə ailə qurması barədə yayılan şayiələrə münasibət bildirib:

"Bir dəfə demişdilər ki, hətta toy şəkli də var. And da içirdilər ki, göstərəcəyik. Deyirdim, gətirsinlər baxım, maraqlıdır. Bəzən insanlar xülyalarını gerçəkləşdirmək istəyirlər. Ekranda aktyorları sevgili kimi görəndə, realda da belə olsun istəyirlər. Hətta deyirdilər açıq-saçıq səhnələrdə çəkilmişəm. Nə edim, belə xəbərlərə reaksiyam qəribə oldu. İnsanların işləri-gücləri qurtarıb? Yəqin paxıllıq hissi ilə bağlıdır".
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 8 022
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri