"Ərim tanınmış dövlət məmurunun oğludur, qaynanam məni indiyədək danışdırmır..." - Aparıcı Zümrüd

Müəllif: Nigar
Şərhlər: 5
Baxılıb: 8 430
Səs ver:
(səs: 0)
Məşhur teleaparıcı və aktrisa Zümrüd Qasımova şəxsi həyatı haqda maraqlı açıqlamalar verib. O, sənəti ilə əlaqədar olaraq həyat yoldaşının ailəsi tərəfindən qəbul olunmadığını, qaynanası ilə danışmadığını və sevgisinə qovuşması üçün keçdiyi uzun yoldan söhbət açıb.

Qadınlar.biz aparıcının vesti.az-a verdiyi müsahibədən bəzi hissələri təqdim edir.

"Həyat yoldaşımı çox sevirəm. O, mühafizə xidməti orqanı əməkdaşıdır. Tanışlığımız isə mənim "Gecə yarı" adlı veriliş apardığım dövrə təsadüf edir. Bizi ortaq dostlarımız tanış edib. Televiziya baxmağı sevmədiyindən, məni tanımırdı. Sonradan biz mütəmadi olaraq ünsiyyət qurmağa başladıq. Etiraf edcəyəm ki, o, məni həmən dəqiqə sevmədi. Amma mən onun dərdindən ölürdüm. Onu əldə etmək üçün 8 ay əziyyət çəkmişəm. Onun arxasınca qaçırdım, xahiş edirdim, yalvarırdı. Hər dəfə deyirdim ki, mən onun qismətiyəm və o, mənsiz yaşaya bilməyəcək. Nəticədə isə o, mənim oldu".

Z. Qasımova peşəsi üzündən indiyədək həyaat yoldaşının ailəsi tərəfindən qəbul olunmadığını bildirib:

"Bizim evliliyimizi istəmirdilər. Buna səbəb isə mənim aktrisa olmağımdır. O, tanınmış dövlət məmurunun oğlu idi. İstəmirdilər gəlinləri aktrisa olsun. Amma buna baxmayaraq biz artıq 8 ildir ki, ailəliyik. Atası biz tanış olmazdan əvvəl dünyasını dəyişib. Anası isə indiyədək mənimlə danışmır. Mənim üçün əsas odur ki, o, mənim yanımdadır".

Teleaparıcı və aktrisa ailə qurduqda toyunun olmasını da etiraf edib:

"Mən həyat yoldaşımın ikinci xanımıyam. Biz sadəcə dövlət sənədlərinə imza atmışıq. Mənim üçün əsas onun mənim yanımda olmasıdır. Qalan şeylər mənim üçün önəmli deyil. İndiyədək xatırlayıram ki, biz nigah kəsdirmək üçün deyinə-deyinə gedirdik. Lakin sonda münasibətlərimizi rəsmiləşdirmək qərarına gəldik".

Xərçəng xəstəliyindən əziyyət çəkən Zümrüd Qasımova xəstəliklə mübarizə zamanı həyat yoldaşının onu atıb getməsindən də söhbət açıb:

"İndiyədək xatırlayıram... İlk kimyəvi terapiyanı alanda saçlarım töküldü. O isə çıxıb getdi. 14 gün telefonu yandırmadı. Saçlarım tökülmüşdü. Yanımda yox idi. Nə edəcəyimi bilmirdim. Necə mübarizə aparacağımı ağlıma gətirmirdim. Amma güc tapdım. O da qayıtdı. Mənə dedi ki, səni bu vəziyyətdə görə bilmirdim. Bütün bunları qəbul etmək üçün onun zamana ehtiyacı olduğunu söylədi. Düzünü deyim ki, bunu ona bağışlamadım və heç vaxt bağışlamayacağam (gülür)".

"Ərim tanınmış dövlət məmurunun oğludur, qaynanam məni indiyədək danışdırmır..." - Aparıcı Zümrüd
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 8 430
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri