Bu da Dilarə Əliyevanın aparıcı qardaşı - Görün hansı aktyor onun qardaşı imiş - VİDEO

Müəllif: Nigar
Şərhlər: 7
Baxılıb: 13 603
Səs ver:
(səs: 0)
ARB TV-nin "Gəlin danışaq" proqramının növbəti qonağı əməkdar artist Dilarə Əliyeva olub.

BiG.AZ xəbər verir ki, əməkdar artistin qardaşı Vüsal Murtuzəliyev bacısı barəsində xoş fikirlər səsləndirib:

Vüsal Murtuzəliyev: "Dilarə fərqlidir. Nəinki ailəmizin, nəslimizin və bütün tamaşaçıların sevimlisidir. Bu onun xasiyyətindən, sadəliyindən irəli gələn bir şeydir. İndi Dilarə mənə deyir ki, mənim 2 uşağım varsa, sən üçüncü övladımsan. Sənə həm qardaşım, həm övladım kimi baxıram. Gözlərində hələ uşağam. Mənə həm Dilarə, həm də Oqtay müəllim dəstək olublar. Əldə etdiklərimin hamısını onlara borcluyam. Ən çox sevdiyim rolu "Məhəllə"də Məhəbbət roludur".

Dilarə Əliyeva bu sözlərdən sonra göz yaşlarını saxlaya bilməyib:

"Vüsalı çox istəyirəm. Ana balasını istəyən kimi. Vüsal mənim ürəyimdir, həyatımdır. Onun sözlərini eşidəndə, belə danışığını duyanda qəlbim qəhərləndi. Belə gün yaşatdığınız üçün çox sağ olun. Çox doğma hisslər yaşadım".

(səs: 0)
Şərhlər: 7
Baxılıb: 13 603
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri