Maaşlarla bağlı SENSASYON BƏD XƏBƏR

Müəllif: Nigar
Şərhlər: 2
Baxılıb: 2 227
Səs ver:
(səs: 0)
“Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 181 nömrəli qərarı ilə orta aylıq (dondurulmuş) əmək haqqı ilə təmin edilən məcburi köçkünlərə edilən ödənişlər bu ilin yanvar ayından dayandırılıb.

BiG.AZ xəbər verir ki, bundan narazı olan məcburi köçkünlər Nazirlər Kabinetinin qarşısında etiraz aksiyası keçiriblər.
Etirazçılar bildirir ki, onlar təhsil, səhiyyə, mədəniyyət sahələrində və başqa dövlət orqanlarında çalışmış və özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olduqları üçün onlara orta aylıq (dondurulmuş) əmək haqqı verilib. Amma indi həmin ödənişlərin verilməsi dayandırılıb.
Bu barədə “Bizim Yol”a Zəngilan rayonundan məcburi köçkün, ibtidai sinif müəlliməsi İsmayılova Kübra Heydərqulu qızı bildirib.

“Evimizə qayıtmayana və işlə təmin olunmayana kimi bizə dondurulmuş əmək haqqı verilməlidir. Biz Baş nazirinin müavini, «Qaçqınkom» sədri Əli Həsənov qəbul edib, bizə vəd verdi. Amma vədinə əməl etmədi, bizi aldatdı. Onun işçisi bizə deyir ki, maliyyə böhranı səbəbindən dondurulmuş əmək haqqı daha verilməyəcək. Yəni, bizə gedin ölün dedilər. Biz də gəlmişik ki bizi yığıb dənizə töksünlər”,-deyə K.İsmayılova bildirdi.

Onun sözlərinə görə, illər öncə açıqlanan məlumatda bildirilirdi ki, Qarabağ müharibə nəticəsində işğal altında olan rayonlar da 300 minə yaxın iş yerləri itirilib: “Nəticədə büdcədən maliyyələşən müəssisələrdə çalışan insanların əksəriyyəti işsiz qalıb. Hökumət isə həmin işçilərin sosial vəziyyətini nəzərə alaraq onların maaşlarının saxlanması barədə qərar qəbul edib.

Sizə deyim ki, onların çoxu hazırda dərddən, problemdən vaxtından tez həyatdan köçməli oldular. Büdcədə az pul olanda bizə dondurulmuş əmək haqqı verilirdi, indi milyonlar var bizə pul vermirlər. Üstəlik, kommunal haqqı tələb edirlər bizdən. İdman yarışları keçirməyə isə pul tapırlar”.

Etirazçıların heç biri dövlət qurumu tərəfindən qəbul edilməyib. Bildirilib ki, Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 182 nöömrəli qərarının 2-ci bəndinin müddəti 2017-ci il dekabrın 30-dək uzadılmayıb.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 227
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri