Əli ilə Nazın bəy-gəlin fotoları yayıldı, EFİRDƏ QIRĞIN DÜŞDÜ - VİDEO

Müəllif: Nigar
Şərhlər: 4
Baxılıb: 2 524
Səs ver:
(səs: 0)
“Star TV”də yayımlanan “Zuhal Topalla” izdivaç verilişində namizəd olan azərbaycanlı Əli Əkbər və Naz Milanın bəy-gəlin fotoları yayılıb.
Axşam.az-ın məlumatına görə, Əli şəkillərin nümayiş olunmasına əsəbiləşib. O, bunda Nazı günahlandırıb:
“Bu fotoları Naz yayıb. Amma çəkdirəndə mənə söz vermişdi ki, ancaq məndə qalacaq. Belə bir şey arzuladı, mən də onun istəyini gerçəkləşdirmək istədim. Şəkilləri niyə veriliş rəhbərliyinə verib? Çox maraqlıdır, Naz niyə belə bir şey etdi? Mənə söz vermişdi ki, ancaq özündə qalacaq. Bu şərtlə razılaşmışdım. Deyirdi ki, xəyalım səninlə bəy-gəlin libasında fotolarımızın olmasıdır. Bu, sadəcə bir fotosessiya idi”.
Naz isə bu fotoların onun xahişi ilə lentə alındığını söyləyib:
“Bir gəlinlik kirayə götürdük, toy məkanlarından birinə getdik. Bəy kostyumunu Əliyə mən hədiyyə etdim. Söz vermişdim ki, şəkilləri yaymayacam, heç kim bilməyəcək. Amma mən, bəzən verdiyim sözü poza bilərəm. Mən onun üçün dəyərli olmasaydım, bununla razılaşmazdı. İstədim ki, aramızda olanları hamı görsün”.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 524
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri