ŞOK! SON DƏQİQƏ! Bakının ən məşhur obyekti sökülür - GÖZLƏNİLMƏZ TƏLƏB

Müəllif: Nigar
Şərhlər: 2
Baxılıb: 1 861
Səs ver:
(səs: 0)
Bakının məşhur istirahət mərkəzlərindən olan Bakı Əyləncə Mərkəzi (BƏM) yaxın günlərdə söküləcək.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən obyekt sahibinə xəbərdarlıq göndərilib. Xəbərdarlıqda qeyd olunub ki, sökülmə barədə məhkəmə qərarı var, BƏM yaxın günlər ərzində boşaldılmalıdır.
Məlumata görə, xəbərdarlığa heç bir cavab verilməyib, buna görə də ötən şənbə günü BŞİH-nin başçısı Hacıbala Abutalıbov şəxsən BƏM-ə gedərək, söküntü işlərinin başladılmasına göstəriş verib. Hətta əraziyə bir neçə ekskavatorun aparıldığı da bildirilir. Bu, əvvəlcə obyektdə çalışanlarla icra nümayəndələri arasında gərginliyə səbəb olub. Lakin sonradan ara sakitləşib və BƏM-i işlədən şəxslər bir həftəlik möhlət istəyiblər.

Məlum olduğu kimi, əyləncə mərkəzi Rusiyada yaşayan iş adamı, milyarder İsgəndər Xəlilova məxsusdur. (bakıpost)
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 861
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri