Polis gənclərin intim görüntüləri ilə bağlı araşdırmalara başladı - VİDEO (18+)

Müəllif: Nigar
Şərhlər: 4
Baxılıb: 2 748
Səs ver:
(səs: 0)
“18 yaşı tamam olan insanların şəxsi həyatına polisin videoçəkilişlə müdaxilə etməsi, daha sonra həmin videonun ictimaiyyətə təqdim olunması ciddi qanun pozuntusudur”
Bunu İstiPress-ə hüquqşunas Ələsgər Məmmədli polisin
gənclərin intim münasibət üçün kirayələdikləri evə girərək videoçəkiliş etməsinə rəy bildirərkən deyib.

Həmin anın videosu kütləvi informasiya vasitələrində yayılıb.

Ə.Məmmədli bildirib ki, əgər həqiqətən də söhbət hansısa “xidmət”dən getsəydi, bu məsələ başqa bir kontekstdə gündəmə gələ bilərdi.

“Çəkilişlər edilə bilər, lakin bu, məhkəməyə təqdim olunması üçün edilməlidir. Sübut üçün götürülə bilər. Məhkəməsiz insanların özəl həyatına müdaxilə etmək və həmin videonu yaymaq bilavasitə qanun pozuntusudur. Konstitusiyanın 32-ci maddəsi çox aydın şəkildə şəxsi həyatın qorunması prinsipini mənimsəyir. Buna müdaxilənin yolverilməz olduğu bildirilir. Bu polislərə də aiddir, birbaşa hüquq pozuntusudur”, - deyə Ələsgər Məmmədli bildirib.

Hüquqşünas onu da əlavə etdi ki, əgər həqiqətən də polis evə basqın edərək videoçəkiliş aparıbsa, bu, Cinayət Məcəlləsinin 156-cı maddəsinə görə cinayət məsuliyyəti yaradır.

Hüquq-mühafizə orqanlarındakı mənbə isə İstiPress-ə bildirib ki, sözügedən video həvəskar çəkilişdir. Polisi gözdən salan videonu çəkənlərlə bağlı araşdırmalara başlanılıb. Həmin şəxslər hüquq çərçivəsində cəzalandırılacaq.

Xatırladaq ki, Bakıda polis olduğu iddia edilən naməlum şəxslər gənclərin intim münasibət üçün kirayələdikləri evə basqın ediblər. Çəkilişi görən iki oğlan, eləcə də onlarla olan qızlar bir anlıq özlərini itiriblər, hətta bu işdə bir-birlərini günahlandırıblar. Bu haqda goldnews.az xəbər dərc edib.

Gənclər çəkilişin dayandırılmasını tələb etsə də, polis əməkdaşları çəkilişi dayandırmayıblar.
[media=https://youtu.be/beX0t3koQko]

(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 748
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri