Arvadının məşuqu olduğundan xəbərsiz ər qapını açanda kişilərlə rastlaşdı və ...- FOTO

Müəllif: Nigar
Şərhlər: 3
Baxılıb: 1 047
Səs ver:
(səs: 1)
Türkiyədə, Antalyada ayrı yaşadığı həyat yoldaşı Huriyə A. ilə evlilik ildönümü öncəsi barışmaq istəyən Ömər. A.-nın başına iş gəlib.

Hadisə keçən ilin 22 noyabrında Döşemealtı mahalında meydana gəlib.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, əvvəlki evliliyindən 1 uşağı olan Huriyə A. bir yerdə çalışdığı 33 yaşlı Ömər A. ilə evlənib. Bir müddət sonra cütlük arasında anlaşılmazlıq baş verincə Huriyə A. evdən gedib. Həyat yoldaşı haqqında şikayət edərək boşanma iddiası qaldıran Huriyə A. 28 yaşlı yük maşını sürücüsü İbrahim A. ilə yaşamağa başlayıb. Yoldaşının bir başqası ilə yaşadığından xəbərdar olmayan Ömər A., ​​evlilik ildönümü əvvəli onunla barışmaq üçün şokolad və çiçək hazırladıb. Ömər A. ​​daha sonra avtomobillə həyat yoldaşının yaşadığı evə gedib. Qapını Huriyə A.-nın birlikdə yaşadığı İbrahim A. açıb. Cütlük arasında baş verən mübahisəyə evdəki İbrahim A.-nın həmkəndlisi Mustafa A. da qatılıb.

İddiaya görə İbrahim A.-nı diz çökdürdən Ömər A. yoldaşının ayaqlarından öpdürdüb. Bu məqamda tüfəngdən açılan atəşlə Mustafa A. qarınından yaralanıb. Ömər A. həbs olunub, İbrahim A. isə həbssiz mühakimə edilərək sərbəst buraxılıb.

Hadisədə istifadə edilən tüfəngdə barmaq izinin təsbit edilməsinə qərar verən məhkəmə Ömər A.-nı həbssiz mühakimə ilə müvəqqəti olaraq sərbəst buraxıb. Məhkəmə təxirə salınıb.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 1 047
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri