ŞOK! "AZAL" fəaliyyətini dayandırdı - SƏBƏB İSƏ ... ŞOK!

Müəllif: Nigar
Şərhlər: 2
Baxılıb: 2 226
Səs ver:
(səs: 1)
Azərbaycan Premyer Liqasının 2016/2017-ci il mövsümündə sonuncu yeri tutaraq elitanı tərk edən AZAL Peşəkar Futbol Klubu fəaliyyətini dayandırıb.

BiG.AZ-ın məlumatına görə, paytaxt təmsilçisi bununla bağlı rəsmi saytı vasitəsilə bəyanat yayıb.
Bəyanatda bildirilib ki, klub üçün Şüvəlan qəsəbəsində müasir təlim-məşq bazası və stadion tikilib, komandaya peşəkar məşqçi və texniki heyət cəlb olunub: "Buna baxmayaraq, son zamanlar ölkəmizdə futbolun sürətli inkişafı, komandalar arasında rəqabətin güclənməsi, AZAL Peşəkar Futbol Klubunda səmərəli idarəetmənin həyata keçirilməsi, o cümlədən kluba əlavə maliyyə mənbəyinin cəlb edilməsi zərurətini ortaya çıxarıb. Bu tələbləri nəzərə alaraq, klub rəhbərliyi tərəfindən sponsor və tərəfdaşlarla məsləhətləşmələr aparılıb və belə bir qərara gəlinib ki, AZAL QSÇ Bakı ətrafı qəsəblər üzrə daha güclü, peşəkar və rəqabət qabiliyyətli klub ilə təmsil olunmaq məqsədlə qısa vaxt ərzində böyük nailiyyətlərə imza atan “Zirə” Futbol Klubuna dəstək olmaq daha məqsədəuygundur.

AZAL Peşəkar Futbol Klubu fəaliyyətini dayandıraraq mövcud maddi-texniki təminatı və infrastrukturu ilə “Zirə” Futbol Klubuna dəstək olacaq".
Qeyd edək ki, AZAL klubu 2005-ci ildən fəaliyyət göstərirdi.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 226
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri