SON DƏQİQƏ! Rövnəq Abdullayevin oğlu istefa verdi - SƏBƏB İSƏ ŞOK ...

Müəllif: Nigar
Şərhlər: 1
Baxılıb: 2 598
Səs ver:
(səs: 0)
Bu gün Bayıl stadionunda "Səbail" Futbol Klubunun Müşahidə Şurasının iclası keçirilib.
Report-un məlumatına görə, Müşahidə Şurasının sədri Rəşad Abdullayev "Səbail"in I Divizionda çıxışının ilk ilində 2-ci yeri tutmasını qənaətbəxş nəticə kimi dəyərləndirib.

O, klubun məşqçi, futbolçu və inzibati heyətinin, həmçinin Müşahidə Şurası üzvlərinin bu uğurda pay sahibi olduğunu deyib, hər birinə təşəkkür edib. R.Abdullayev bildirib ki, klubun icraçı direktoru Yusif Həsənov şəxsi işləri səbəbindən klubdakı fəaliyyətinə son qoymaq istəyi ilə Müşahidə Şurasına müraciət edib. Y.Həsənovun xahişi müsbət dəyərləndirilib. "Səbail"in inkişafı naminə görülən işlərlə əlaqədar Yusif Həsənova təşəkkürünü bildirən R.Abdullayev onu xüsusi diplomla təltif edib. Y.Həsənov mövsüm ərzində klubda görülən işlər barədə qısa məlumat verib və hər bir əməkdaşa minnətdarlığını bildirib.

Daha sonra R.Abdullayev qeyd edib ki, Müşahidə Şurasının qərarına əsasən, "Səbail"in icraçı direktoru vəzifəsinə bu günə qədər şuranın üzvü kimi fəaliyyət göstərmiş Ramin Həsənov təyin olunub. R.Həsənov göstərilən etimadı doğrultmağa çalışacağını deyib.

R.Abdullayev "Səbail" Futbol Klubunun Müşahidə Şurasının sədri kimi fəaliyyətini başa vurduğunu açıqlayıb və kluba gələcək fəaliyyətində uğurlar arzulayıb.

Şuranın üzvü, futbol veteranı Əbdülqəni Nurməmmədov çıxış edərək R.Abdullayevə fəaliyyət göstərdiyi müddətdə klubun inkişafı üçün gördüyü işlərə görə təşəkkürünü bildirib.

Sonda R.Abdullayevə "Səbail" Futbol Klubunun fəxri üzvü elan olunması ilə bağlı diplom təqdim olunub.
"Səbail"in Müşahidə Şurasının yeni sədrinin və şuranın tərkibinin müəyyənləşməsi məsələsinə qarşıdakı günlərdə aydınlıq gələcək.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 598
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri