Evə gec gəldiyi üçün qardaşı tərəfindən öldürülən Nigarın ÜRƏKDAĞLAYAN GÖRÜNTÜLƏRİ - VİDEO+FOTO

Müəllif: Nigar
Şərhlər: 2
Baxılıb: 3 687
Səs ver:
(səs: 0)
Evə gec gəldiyi üçün qardaşı tərəfindən bıçaqlanaraq qətlə yetirilən qızın fotoları ortaya çıxıb.

Sosial şəbəkələrdə paylaşılan şəkil qətlə yetirilən Nigar Məsimovaya məxsusdur.

Sözügedən ağır cinayət paytaxtın Yasamal rayonu Zivərbəy Əhmədbəyov küçəsi 21 ünvanında baş verib. Bakı şəhər sakini 31 yaşlı Anar Məsimov qısqanclıq zəminində bacısı 32 yaşlı Nigar Məsimovanı qətlə yetirib. Yasamal Rayon Prokurorluğundan verilən məlumata görə, Nigar Məsimova kosmetika şirkətlərindən birində işləyirmiş.

İşdən evə gec gəldiyinə görə Anar bacısına bunu irad tutub. Nigar Məsimova isə bu iradlara məhəl qoymayıb. Ötən gün növbəti dəfə irad bildirilərkən Nigar Məsimova qardaşına kobud cavab qaytarıb. Bundan hiddətlənən Anar Məsimov mətbəx bıçağı ilə bacısını bir neçə zərbə vuraraq onu qətlə yetirib.

Hadisədən sonra evi tərk edən Anar Məsimov Yasamal rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

mənbə: bakuws
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 687
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri