Şəhid Fərid Əhmədovun erməni əsgərinə yazdığı məktub:"Sən çarəsizsən..."

Müəllif: Nigar
Şərhlər: 0
Baxılıb: 3 392
Səs ver:
(səs: 0)
"Bumeranq" səhər şousunun "Əvvala salam" rubrikasında bu dəfə şəhidimz Fərid Əhmoduvun erməni əsgərinə yazdığı məktub oxunub. Məktubun müəllifi isə Elçin Alıoğludur.

“Savaşa başlamaq üçün bəzən bir həyat yetər. Savaşı dayandırmaq üçün də bəzən on minlərlə həyat bəs etmir. Bunu anlayırsanmı, erməni əsgər? Ermənistanda dilimizi bilənlər həddən ziyadədir. Onların arasında yüzlərlə erməni əsgər də indi Dağlıq Qarabağdadır. Onlardan biri də sənsən. Adını bilmədiyim, yəqin ki, heç vaxt da bilmədiyim, erməni əsgər! Ermənistan Müdafiə Nazirliyinin Azərbaycana erməni işgalında olan ərazilərə yollandığı minlərlə biçarədən biri...

Sən çarəsizsən, çünki əmir qulusan. Amma bilirsən ki, indi ayaqladığın, yeridiyin torpaq sənin dövlətinin, millətinin deyil. Bəşər övladının uzun tarixində heç vaxt işğal doğmalaşmayla bitməyib. İndi özünü dırnaqarası qalib sayırsan. Özün də bilirsən ki, günlərin birində qaçacaqsan. Mümkün qədər sürətlə, bacardığın qədər tez”
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 392
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri