13 yaşlı çinli qızların "İNTİM OTAĞI": çoxsaylı kişi, səhərədək eşq və itlə...

Müəllif: Nigar
Şərhlər: 3
Baxılıb: 6 075
Səs ver:
(səs: 1)
Patriarxal idarəçilik altında olan dünyanın heç də bütün əraziləri bu qaydalara tabe olmur. Bunlar kiçik ölkələrdən və ya qəbilələrdən ibarət ərazilər olsalar da öz qanunlarına görə dünyanın diqqətini çəkməyi bacarıblar. Bunlardan biri də Çinin Yunyan əyalətinin Himalay dağı ətəklərində yerləşən Moso qəbiləsidir. Bu qəbilənin dilində nikah, ər-arvad, qısqanclıq, xəyanət sözləri yoxdur. Həmçinin taledən də gileylənmirlər, dinc şəraitdə ömür sürürlər.

Bu maraqlı qəbilə və onların həyat tərzi haqqında məlumatları sizinlə bölüşürük:

Moso tayfası özlərinə Nasilər deyirlər, yəni "Qızlar ölkəsi". Artıq dörd nəsildir ki, burada qərarı ami - yəni nəslin yaşlı qadını verir. Gənc qızlar isə əsas icraçılar və işçi qüvvələridir. Texnologiyadan uzaq olan bu qəbilənin əsas məşğuliyyəti əkinçilikdir, onlar üçün torpaq qızıl dəyərində ölçülür. Natural təsərrüfat sistemi ilə yaşayırlar, yəni ərzaq və məişət məhsullarının dəyiş-düyüşü ilə. Buna baxmayaraq, Çinin kənar yerlərində məhsullarını satışa çıxarıb pul da qazanırlar.

Bu qadınların intim dünyası isə olduqca qəribədir. Belə ki, burada yetkinlik yaşı 13-dür. Həddi-buluğ yaşı tamam olmuş qız içində buğda olan kisənin üstünə çıxır. Kisənin altına isə bir parça donuz əti yerləşdirilir. Anası qıza xüsusi paltar geyindirir. Sonra otağa it girir və həmin qız öz əli ilə iti yemləyir. Mərasimin sonunda nənəsi qıza evin yuxarı mərtəbəsində yerləşən "Güllü otağ"ın açarını təhvil verir və qız o otaqda kişiləri qəbul edir.

Kişilər burada heyvanlara baxır, ət məhsulları hazırlayırlar. Axşamlar isə rəqs meydançalarına toplaşırlar. Rəqs zamanı oğlanlar xoşlarına gələn qızlara barmaqları ilə toxunurlar. Qarşı tərəfdən xoş baxış görmək bəyənilmək deməkdir. Rəqsdən sonra cavan oğlan seçdiyi qızın evinə gəlir. Bunun üçün ona dörd şey lazımdır: şam qozası, ət, iti bıçaq və şlyapa. Qapıda dayanan itə ət bükülmüş qoza atılır, heyvanın başı qozanı tapıb yeməyə qarışanda, oğlan qızın eyvanına dırmaşır. Bu zaman ona iti bıçaq dırmaşmaq üçün dayaq rolunu oynayır. Nəhayət, qızın pəncərəsinə çatanda, orada da qız ona içəri girməyə kömək edir. Oğlanın şlyapasını alıb pəncərənin kənarındakı asqıya keçirir. Bu o deməkdir ki, qızın içəridə kişi qonağı var.

Səhərə qədər davam edən görüş dan yeri söküləndə bitməlidir. Əks təqdirdə evin yaşlı xanımı müddətdən artıq qalan məşuqun üstünə qəzəbli iti buraxa bilər. Burada qızlar ərə getmirlər. İstədikləri qədər məşuqla görüşürlər. Uşaq doğulanda isə ona doğma atasının baxıb-baxmayacağı önəmli deyil. Seçim aparılır və ürəyi istəyən kişi uşağı himayəsinə alıb, tərbiyə verə bilər.

Burada sevgi münasibətləri bir əyləncə sayılır və heç kimi bir-birini qısqanmır. Təktərəfli məhəbbət, qısqanclıq səhnələri, sevgi üçün tökülən göz yaşları qəbulolunmazdır. Ona görə də daimi münasibətə üstünlük verilmir. Kişi və qadın bir-birinə maraqlı gələnə qədər görüşürlər, soyuyandan sonra dostcasına ayrılıb, özlərinə yeni sevgili tapırlar. Amma kənar qəbilələrlə, hələ başqa millətlərlə görüşmək hər iki cins üçün yasaqdır. Azsaylı qəbilə öz genofondunu qorumağın qayğısındadır./publika.az/
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 6 075
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri