Hüseyn Dəryanın oğlundan Nadirə: "Sox gözünə, alçaq..."

Müəllif: Nigar
Şərhlər: 7
Baxılıb: 17 385
Səs ver:
(səs: 1)
Müğənni Nadir Qafarzadə mərhum reper Hüseyn Dəryanın oğlu Cahangirin ona yazdığı mesajı sosial şəbəkədə yayımlayıb.

Axşam.az-ın məlumatına görə, “Maşın” şounun iştirakçılarından olan Nadirlə rejissor Kənan M.M. arasında qalmaqal yaşanmışdı.

Kənanın avtomobili qazandığı halda Cahangirə bağışlayacağını deməsinə ifaçı etiraz etmişdi.

Cahangir Kənanın onlara apardığı bazarlığın fotosunu N.Qafarzadəyə ataraq “Sox gözünə, alçaq. Kənana inanmırdınız” sözlərini yazıb.



Nadir isə Cahangirin həmin sözlərinə əsəbiləşərək bunları deyib:

“Bu fotonu Hüseyn Dəryanın oğlu “direct”ə atıb. İndi buna nə ad verək? Guya, o ərzaqları Kənan öz pulu ilə alıb aparıb? Ərzaqları Kənana şouda veriblər, o da Hüseyn Dəryanın oğluna aparıb. Öz cibindən xərcləməyib.

Allaha çox şükür, kimə nə yaxşılıq etmişəmsə, öz halal qazandığım pulla eləmişəm. Reklamlara heç vaxt ehtiyac görməmişəm. Çünki xalqım hər şeyi görür və yaxşı bilir. Mən isə Hüseyn Dəryanın oğluna heç nə demirəm. Çünki o mənim oğlanlarımdan da balacadır. Həyatda hər kəs atasını tanısın. Allah səni saxlasın, Cahangir”.

N.Qafarzadə daha sonra paylaşımı İnstaqram səhifəsindən silib.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 17 385
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri