Dondurucuda Badımcan Saxlama Üsulu QADİNLA.COM sizə bu çox faydalı üsulu təqdim edir. Badımcanları soyub doğrayın. Mən acısı, yumu olmuyan badımcan istifadə edirəm. Amma acı badımcan istifadə edəcəksinizsə, dilimləri bolca duzlayın. Ən az yarım saat gözlədib yuyun və bir dəsmalın arasında qurudun. Günəşdə də qurudula bilər. Daha sonra dilimləri tost maşınına(toster) sıra ilə düzün. Üzərinə fırçayla zeytunyağı sürüb yandırmadan qızardın. Mən tək üzlərini yağladım. Qızartdığınız dilimləri geniş bir nimçəyə düzün. Soyuduqdan sonra soyuducu paketlərinə yerləşdirin. Mən bir az acıı yaşıl bibər də qızardıb aralarına qoydum. Qışlıq badımcanları necə istifadə edəcəyik?
Qışda badımcanları çıxarıb bir az gözlədin. Qıyməlı içlik hazırlayın. Bir az kartof və badımcanların yarısını nimçəyə düzün. üzərinə qiyməli içlik tökün. Ən son yenə badımcanları düzün. Axırda isə pomidor sousu töküb sobada bişirin.