Tərkibi: Xəmiri üçün; 5-6 stəkan un 1 şirin qaşığı duz Yarım paket yaş maya 1 kasa su
Üzəri üçün; 500 qram duzsuz kəsmik 2 su stəkanı toz şəkər 2 yemək qaşığı kərə yağı Yarım su stəkanı maye yağ
Hazırlanması: Xəmir materiallarını diqqətlə dərin bir qabın içərisində yoğurun. 1 saat qədər istirahət etdirin. Xəmirdən yuxalar edib, əlinizdə lavaş şəklini verib, içinə şirin pendiri xırda-xırda doğrayıb səpirik.
Daha sonra 180 dərəcə sobada qızarana qədər bişirin.