Böyük buz qəliblərinin içinə xoşladığınız meyvə sularından bir qat doldurun. Bunu dondurduqdan sonra yeni bir meyvə şirəsi tökün və təkrarən dondurun. Qəlibləri doldurana qədər əməliyyatı davam edin.Göyqurşağı kimi, həm də ləziz buzlarınız olacaq.
Bunu edərkən aralarına kiçik - kiçik doğranmış meyvələr əlavə edə bilərsiniz. Beləcə buz əriyərkən suyunuza möhtəşəm bir dad əlavə etmiş olacaqsınız.
Eyni şəkildə sadəcə meyvələri donduraraq içkilərinizə əlavə edə bilərsiniz. Soyuq çay üçün limon dilimləri, südünüz üçün çiyələk kimi meyvələr dondura bilərsiniz.