Toyuqlu İspan şorbası respeti

Müəllif: Catwoman666
Şərhlər: 5
Baxılıb: 2347
Səs ver:
(səs: 0)
Tərkibi:
dilimlərə bölünmüş bibər - 2 ədəd
çörək - 1 dilim
zeytun yağı - 1 xörək qaşığı
qovrulmuş badam - 50 qr.
qovrulmuş meşə qozu - 50 qr.
çili bibəri - 1 dilim
əzilmiş sarımsaq - 2 xörək qaşığı
pomidor - 150 qr.
sirkə - 20 ml
duz, istiot – zövqə görə
toyuq bulyonu - 1 l
qaynadılmış, zolaq-zolaq doğranmış 2 toyuq döşü

Hazırlanması:
1. Çörəyi yağda qızardıb kağız salfetin üzəriə qoyun.
2. Sobanı 180С qızdırıb pomidorları 20 dəqiqə sobada bişirin. Qabığını soyub tumunu təmizlədikdən sonra doğrayın.
3. Blenderdə qoz, badam, qızardılmış çörək və çili bibərini xırdalayın.  
4. Blenderə pomidor, bibər və sarımsaq püresini əlavə edin. Sonra sirkə, duz və istiot qatıb yaxşıca qarışdırın.

5. Qatışığa bulyon əlavə edib qaynara düşənə kimi bişirin. Qazın odunu azaldıb 30 dəqiqə bişirin. Tam hazır olmasına 10 dəqiqə qalmış zolaq-zolaq doğranmış toyuq ətini əlavə edin. Süfrəyə isti-isti verilir.
 
Nuş olsun!
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2347
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri