Tərkibi:
500 q hazır mayalı yağlı qat-qat xəmir
300 q suluquni pendiri
300 q pomidor
1 dəstə şüyüd
4 diş sarımsaq
dəniz duzu - zövqə görə
istiot qarışığı (qara, qırmızı, ağ) - zövqə görə
100 q kərə yağı
Hazırlanması:
Hazır xəmiri nazik yayın, şəridlərə bölün.
Pomidor və pendiri bərabər ölçüdə dilimləyin. Şüyüdü və sarımsağı çox xırda doğrayıb qarışdırın.
Şişlərə
növbə ilə suluquni və pomidor taxın. Şüyüd-sarımsaq qarışığını üzərinə
çəkin. Duz, istiot vurun. Xəmir şəridlərini üzərinə sarıyın. Üstünə kərə
yağı çəkin.
Közdə, tez-tez çevirərək bişirin (amma kömür çox qaynar olmasın).