Qiyməli pizza - foto resept

Müəllif: arzum-aysum
Şərhlər: 4
Baxılıb: 7755
Səs ver:
(səs: 3)
Lazım olan ərzaqlar:
(30 smlik pizza üçün)
250 qr un (təxminən 1,5 stəkan)
150 ml su (təxminən yarım stəkan)
1 xörək qaşığı zeytun yağı
1 çay qaşığı şəkər tozu
0,5 çay qaşığı duz
0,5 çay qaşığı maya

Üzəri üçün :
1 xörək qaşığı ketçup
Qurudulmuş ağ reyhan (bazilik)
Bibər
Pomidor
150-200 qr qovrulmuş qiymə
Mozarella pendiri

Qiyməli pizza - foto resept

Qiyməli pizza - foto resept

Qiyməli pizza - foto resept

Qiyməli pizza - foto resept

Qiyməli pizza - foto resept

Hazırlanması:
Əvvəlcə xəmir üçün lazım olan ərzaqları mətbəx kombaynının qabına tökün. İnstant maya (yəni isladılmağa ehtiyac olmayan maya) mayanı birbaşa xəmirə digər ərzaqlarla birlikdə əlavə etdin. Mətbəx kombaynını işə salın və çox tez zamanda , təxminən 10-12 dəqiqəyə hazır xəmir əldə edin.
Xəmiri qaba qoyub üzərinə sellofan örtüb 30 dəqiqə saxlayın.

Pizzanı bişirəcəyiniz tavanı yağlayıb xəmiri nazik şəkildə əlinizlə yayın. Üzərinə mayonez,ketçup və quru reyhan (bazilik) qarışığı çəkib, doğranmış bibər və pomidoru düzüb 15-20 dəqiqə 230 dərəcədə xəmir azca qızarana qədər bişirin. Bu vaxt ərzində pizza üçün lazım olan pendiri xırdalayın. Pizzanı sobadan çıxarıb əvvəlcədən soğan ilə qovrulmuş qiymə tökün və pendiri hər tərəfinə səpib yenidən sobaya 5-7 dəqiqəlik qoyun. Pendir əriyib bir az qızaranda pizza hazır oldu.

Nuş olsun!
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 7755
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri