Materiallar 500gr. Qiymə 1 ədəd soğan 1/2 dəstə cəfəri 2 dilim boyat çörək 1 şirin qaşığı dənəvər istiot 1 çay qaşığı zirə 1/2 su stəkanı duzsuz püstə 1/2 su stəkanı qoz 1 yemək qaşığı bibər pastası Duz 2 ədəd yuxa
Hazırlanması: Qiyməni qarışdırma qabına alırıq. Üzərinə boyat çörəyi, rəndələnmiş soğanı, iri döyülmüş qozu, iri döyüşmüş fıstığı, duzu, istiotu, zirə qoyub yoğururuq. Konsistensiya qatı olarsa az duru yağ ilə yumşaldırıq. Kotlet xərcini ikiyə bölürük. Yuxanı mərdanədə açırıq. Fırça köməyi ilə yuxalara su sürürük. Bir ucundan tutub yuxanı içə doğru bükürük. Üzərinə küftə rulo edib qoyuruq. Sağ və sol uclarını içə doğru bükürük. Sıx sıx büküb rulon edin. 2 barmaq qalınlığında kəsib çöp şişlərə keçirin. Yağladığınız soba qabına göstəricisı 180 dərəcə olmaqla bişirin.