Yuvalama şorbası resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 1 722
Səs ver:
(səs: 0)
Tərkibi:
1 xörək qaşığı kərə yağı
250 qram quşbaşı doğranmış et
4 su stəkanı qaynar su
150 qram yağsız qiymə
1 su stəkanı düyü
1 su stəkanı pörtmüş noxud
Yarım kq süzmə qatıq
1 ədəd yumurta
1 xörək qaşığı un
1 şirin qaşığı duz
1 şirin qaşığı istiot

Üzəri üçün;
1 xörək qaşığı kərə yağı
1 xörək qaşığı nanə

Hazırlanması:
Əvvəlcə kərə yağı ilə kiçik tikə əti yaxşı qovurun. Sonra üzərinə qaynar su əlavə edərək, ətlər bişənə qədər bişirin.

Ətlərİ bişirərkən düyüləri yarım saat suda saxlayıb, süzün. Sonra blenderdə üyüdün.

Qiyməni əlavə edib, xəmir halına gələnə qədər yoğurun. Duz və istiot nizamlayın. Noxud böyüklüyündə parçalar qoparıb, yuvarlayın.

Qaynayan ətin suyuna noxudları əlavə edin.

Ayrı bir qabda qatıq, yumurta və unu qarışdırıb, qazana yavaş-yavaş əlavə edin.

5 dəqiqə daha bişirdikdən sonra tavada kərə yağı və nanəni qızdırın. Şorbanın üzərinə gəzdirib xidmət edə bilərsiz.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 722
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri