Tərkibi: 6 ədəd orta boy çuğundur 3 yemək qaşığı zeytun yağı 1 şirin qaşığı təzə sıxılmış limon suyu 1 çay qaşığı duz
Xidməti üçün; 3 yemək qaşığı qatıq 2 yemək qaşığı labne pendiri 1/2 çay qaşığı təzə çəkilmiş dənə istiot
Hazırlanması: Əvvəla, çuğundurları bol suyun içərisində yaxşı yuyun.
Sonra qabığını soymadan qazana qoyub, üzərini keçəcək qədər su əlavə edin.
30 dəqiqə qədər pörtdükdən sonra suyunu süzüb, otaq temperaturuna gəlincə qabığını soyun.
Pörtmüş çuğundurları iri tikələrə doğrayıb zeytun yağı, təzə sıxılmış limon suyu və duz əlavə edib mətbəx robotuna alın. Üzərinə az az su əlavə edib püre halına gətirin.
Püredən daha maye olması üçün suyun konsistensiyasına diqqətli nizamlayın.
Ayrı bir qabın içərisində labne pendirini və qatığı qarışdırın.
Servis kasalarına aldığınız şorba istiot və hazırlanan pendirli qarışıqla xidmət edə bilərsiz.