Tərkibi: 2 yemək qaşığı kərə yağı 2 yemək qaşığı maye yağ 1 ədəd baş soğan 2 yemək qaşığı un 1, 5 su stəkanı qırmızı mərci 1 su stəkanı süd 1, 5 litr su İstəyə bağlı toyuq suyu və ya toyuq bulyon Duz
Hazırlanması: Əvvəlcə yağları tavaya alaraq qızdırın. Sonra xırda doğranmış quru soğanları əlavə edib qovurun.
Unu soğanlı qarışığın içərisinə əlavə edərək unun ətri gələnə qədər qarışdırın.
Üstünə də yuyulub suyu süzülən mərciləri əlavə edin.
Qarışdıraraq suyu əlavə edin. Mərcilər bişirənə qədər qapağını bağlayın.
Toyuq suyu və ya toyuq bulyon əlavə edərək 5 dəqiqə qaynadın.
Bişən şorbanı blenderdən keçirərək südü və duzu əlavə edin.
10 dəqiqə qədər daha bişirdikdən sonra isti isti xidmət edə bilərsiz.