Qat-qat xəmirdə quzu qabırğası

Müəllif: Pure Love
Şərhlər: 6
Baxılıb: 2 345
Səs ver:
(səs: 1)
 
Tərkibi:

Quzu qabırğası-5 ədəd 
Duru yağ
Duz, istiot

İçlik üçün:

Konsevləşdirilmiş göy noxud-100 q
Yumurta - 1 ədəd
Qaymaq - 30 q
Keşniş, reyhan - 1/2 dəstə 
Sarıkök
Qat-qat xəmir

Üzəri üçün:

Yumurta-1 ədəd

Hazırlanması:

1. Quzu qabırğası ətdən təmizlənir, strec arasında döyülür, duzlanır, istiotlanır, və duru yağ əlavə edillmiş tavada ikitərəfli qızardılır.

2. Göy noxudun üzərinə yumurta, qaymaq, xırda doğranılmış göyərti əlavə olunur və blenderdən keçirilir.

3. Qat-qat xəmirin üzərinə əvvəlcə quzu qabırğası (sümükləri çöldə qalmaq şərti ilə qoyulur, daha sonra qabırğanın üzərinə içlik qoyulub xəmirə bükülür.

4. Xəmirin yan və üst tərəfi birləşdirilir, üzərinə yumurta sarısı çəkilir və öncədən 200 dərəcəyədək qızardılmış sobada 10 dəq. bişirilir.

Nuş olsun! nyam
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 345
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri