Tərkibi:
2 toyuq döşü
su
2 x.q. bitki yağı
1 soğan
3 x.q. bibər pastası
duz
Üzərinə:
1 soğan
1 x.q. kərə yağı
Hazırlanması:
Toyuq ətini bir qazana qoyub, üzərinə 7 stəkan su və duz əlavə edin. Qaynadın. Sonra əti qazandan çıxarın, əlinizlə didin, yenidən qazana salın.
Sous üçün bir tavada bitki yağını qızdırın, çox xırda doğranmış soğanı əlavə edib qovurun. Bibər pastasını əlavə edib qarışdırın, 2-3 x.q. su əlavə edin. Bu qarışığı toyuq ətinə əlavə edin. Bir buğum qaynadıqdan sonra ocaqdan götürün.
Bir soğan xırdalayıb kərə yağında qovurun, şorbanın üzərinə əlavə edin. Süfrəyə isti-isti verin. Nuş olsun!