Tərkibi:
100 q kərəviz kökü
3 ədəd kök
3 ədəd baş soğan
3 ədəd "Bizim Tarla" soyulmuş, doğranmış pomidorları
0,5 ədəd bolqar bibəri (qırmızı)
1 litr tomat şirəsi
Duz (zövqə görə effektli arıqlamaq istəyirsizsə, qatmaq lazım deyil)
Hazırlanması:
Lazım olan ərzaqları uzun və xırda-xırda doğrayırıq (kibrit çöpü kimi). Kərəviz kökünü yuyuruq, təmizləyirik və doğrayırıq.
Qırmızı bolqar bibərini də doğrayırıq.
Pomidor və soğan doğranır.
Kök də doğranır.
Doğradığımız bütün ərzaqlar qazana tökülür, tomat şirəsi əlavə olunur. 10 dəqiqə güclü odda, 10 dəqiqə zəif odda bişirib, sonra 10 dəqiqə dayanmağa qoyuruq. Tomat şirəsini su ilə qarışdırmaq olar. Şorbamız hazırdır.
Qamətli və gözəl olun!