Tərkibi: 1/2 toyuq 1 sap kərəviz 1 kök 1 kiçik soğan 1,5 lt su 2 pomidor 1 qəhvə fincanı pomidor püresi 1 yemək qaşığı kərəyağı 1 yemək qaşığı un
Hazırlanması: Toyuq yuyular, kərəviz sapi təmizlənər, kök və soğan soyulub yuyular və böyük bir qazana qoyular. Üzərini örtəcək qədər soyuq su əlavə olunar 1,5-2 litr qədər, duzu qoyular və qaynamağa buraxılar 30 dəqiqəyə qədər. Üzərində yığılan köpük bir qaşıqla alınıb atılar.
Toyuq suyu hazır olunca içindən kərəviz, kök, soğan və toyuğu alınar, suyu bir süzgəcdən süzülər. Bu tərəvəz və toyuq parçalanıb istənsə şorbaya əlavə olunar ya da ayrı olaraq qəbul edilər. Digər tərəfdə təmiz bir qazanda kərəyağında un qovrular və yavaşca üzərinə isti olan toyuq suyu tökülər, pomidor rəndəsi və pomidor püresi əlavə olunar, qaynamağa buraxılar. Bu nöqtədə tel şəhəriyə, duz və didiklənilmiş toyuq əti də qoyulub 10 dəqiqə daha bişirilər. Kasalara qoyulub təzə cəfəri yarpaqları səpilərək süfrəyə verilər.