Tərkibi: 50 qram gül kələmi 50 qram yaşıl lobya 50 qram kök 50 qram qarğıdalı 50 qram yaşıl noxud 1 ədəd soğan 1 ədəd pomidor 1/2 bolqar bibəri 1 xörək qaşığı tomat pastası 1 ədəd kartof 4 ədəd cəfəri və ya keşniş döyülmüş qara istiot, duz 2 xörək qaşığı bitki yağı
Hazırlanması: Kartofu təmizləyib xırda kubik şəklində doğrayın. Bütün tərəvəzləri yuyub, lobyanı bir neçə hissəyə bölün, gül kələmini xırda dilimlərə ayırın. Bibəri nazik çubuq şəklində doğrayın. Tərəvəzlərin üzərinə su əlavə edib qaynadın. Soğanı təmizləyib, xırda doğrayın. Bitki yağında açıq qızılı rəngə çalana kimi qızardın. Qızardılmış soğanı şorbaya əlavə edib, daha 5 dəqiqə qaynadın. Süfrəyə verməzdən əvvəl boşqablara əlavə edib, üzərinə xırda doğranmış göyərti səpin.