Şəki pitisinin hazırlanması

Şərhlər: 5
Baxılıb: 5 066
Səs ver:
(səs: 0)
Şəki pitisi

Piti Şəkinin ən ləziz yeməklərindən biridir. Özünə məxsus bişirilmə üsulu ilə seçilən bu yemək növünə dünyanın heç bir ölkəsinin mətbəxində rast gəlmək mümkün deyil. Odur ki, Şəkiyə gələn bütün qonaqların sifarişində piti əsas yer tutur. Azərbaycanlıların milli şorbası sayılan pitini xüsusi gil qablarda bişirirlər.

Tərkibi:
500 q sümüksüz qoyun əti
100 q noxud
60 q quyruq
2-3 ədəd baş soğan
100 q şabalıd
zövqə görə duz istiot və zəfəran

Hazırlanma qaydası:

Əvvəlcə noxud suda isladılır. Noxudlar yaxşıca şişdikdən sonra xüsusi piti qabalarına yerləşdirilir. Üstünə 4-5 tikə ət ilə 2 tikə quyruq və soyuq su əlavə edib, ocağa qoyurlar. Ətin kəfi çıxdıqca yığılır. Xırda-xırda doğranmış soğanlar yeməyə tökülür, duz əlavə edilir və bu vəziyyətdə vam odda qaynadılır. Mövsümdən asılı olaraq, pitiyə təmizlənmiş şabalıd da atmaq olar. Piti süfrəyə sumaq, quru soğan və turşu ilə verilir. Gil qablarda bişirilən piti süfrəyə də elə bardaqda gətirilir. Hazırlanma qaydası kimi onun yeyilmə üsulu da qeyri-adidir. Belə ki, əvvəlcə boşqaba sumaq səpib, üzərinə bayat çörək doğranır. Gil qabdan pitinin suyu çörəyin üzərinə süzülüb yeyilir. Yeməyin ilk hissəsi bitincə, ikinci əməliyyat başlayır. Bu dəfə noxudla ət eyni boşqaba qoyulur, əzilərək yeyilir. Şəkililər pitinin yanında süfrəyə baş soğan da qoyurlar. Quyruqlu ət və noxud ağır yemək sayıldığından soğan onların mədədə həzmini asanlaşdırır.

Nuş olsun
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 5 066
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri