Soyuq havada insanlar özlərini qripdən qoruyur. Bunun üçün müxtəlif dərmanlardan istifadə etməyə çalışırlar. Soyuqdəymədən təbii vasitələrlə qorunmaq orqanizm üçün daha sağlamdır.
1 xörək qaşığı sürvəni 1 stəkan qaynar suya tökün. 5 dəqiqə saxladıqdan sonra içərisinə bir az qara istiot və 1 çay qaşığı bal qatıb qarışdırın. Bu çaydan gündə 1 dəfə içmək soyuqdəyməni aradan qaldırır və ya qarşısını alır.
Əgər öskürəkdən əziyyət çəkirsinizsə bundan istifadə edin:
Məlhəm üçün təmiz yerdən yığılmış bağayarpağı lazım olacaq. 2 yarpağı götürüb, əzib, şüşə bankaya yığıb, üzərinə 45 faizli spirt tökün (yarpaqların üstündən 1 barmaq yuxarı olmaqla). Bankanın ağzını möhkəm bağlayıb, qaranlıq yerdə üç-dörd həftə saxlayın. Sonra tənzifdən süzün. Öskürək zamanı bu məlhəmdən qəbul edin. O, həm öskürəyi aradan qaldıracaq, həm də qrip infeksiyasına yoluxmanın qarşısını alacaq.