Tərkibi: 350-400 zəncirotu gülü 1 kq şəkər tozu 2 st. su 1/2 limonun şirəsi Hazırlanması: 1 kq şəkər tozu və 2 st. sudan şərbət bişirin. Zəncirotu güllərinin sarı ləçəklərini qoparıb bu şərbətə əlavə edin, 20 dəqiqə bişirin. Hazır olmağa 2-3 dəqiqə qalmış yarım limonun şirəsini əlavə edin. Cunadan süzün. Bir qədər qaldıqdan sonra bal qatılığında olur.
2-ci variant 1 litrlik bankaya zəncirotu çiçəklərini yığın, üzərinə soyuq su töküb bir sutka saxlayın. Bu müddətdən sonra sıxın. Üzərinə 0,5 l su töküb vam odda 15 dəqiqə qaynadın. Sona 2-3 dəqiqə qalmış 1-2 limonu qabıqlı doğrayıb əlavə edin. Qaynara düşəndə götürün. 1 sutka saxlayandan sonra cunadan süzün. Çiçəklərlə limonu da sıxıb atın, onlar daha lazım deyil. Süzdüyünüz suya 1 kq şəkər tozu qatıb 2-3 dəfəyə, bal qatılığı alanadək bişirin.