Macar mətbəxinin sirri - Ləziz leço resepti

Şərhlər: 3
Baxılıb: 3 643
Səs ver:
(səs: 0)
Leço yay fəslində qışda istifadə etmək məqsədilə tərəvəzlərdən hazırlanan salatdır. Avropada çox populyardır, mənşəyi klassik macar mətbəxinə aiddir. Leçonun müxtəlif reseptləri mövcuddur. Bu reseptlər hazırlayanın zövqünə görə qurula bilər. Tərkibində dəyişməz olan 3 növ tərəvəzdən: bolqar bibərindən, pomidordan və soğandan istifadə olunur. Süfrənizdən əksik etməyəcəyiniz ləziz resepti təqdim edirik.

Tərkibi:
• 1 kq bolqar bibəri
• 0,6 kq pomidor
• 2 orta soğan
• günəbaxan yağı
• duz və üyüdülmüş istiot zövqə görə

Hazırlanması:
Çili bibərini yuyun, toxumlarını təmizləyin və dilimlərə və ya zolaqlara doğrayın. Pomidorların üzərindən qaynar su gəzdirın, qabığını təmizləyin və kiçik parçalara doğrayın. Soğanı da həmçinin.

Yağı tavada isidin və soğanı qızılı rəng alana qədər qızardın. Qırmızı istiot əlavə edin, su tökün, 10 dəqiqə ərzində saxlayın. Pomidor, eləcə də zövqə görə duz və istiot əlavə edin. Daha 15 dəqiqə pörtlədin. İsti şəkildə, ət yeməklərinə qarnir kimi və ya müstəqil yemək kimi verin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 643
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri