Qadınlar.Biz`in vpuzo.ru-ya istinadən qış üçün qovrulmuş bibər konservinin hazırlanma qaydasını təqdim edir
Tərkibi:
750 q bibər
1 ç.q. duz
1,5 x.q. şəkər tozu
1,5 x.q. sirkə
4-5 diş sarımsaq
1 əd. dəfnə yarpağı
4-5 dənəvər istiot
qızartmaq üçün bitki yağı
İlk növbədə marinad hazırlayın. 0,5 l suya duz, şəkər tozu, ədviyyat töküb qaynadın, sonra sirkə əlavə edib götürün.
Bibəri yuyub qurulayın. Sonra saplağını kəsmədən bitki yağında hərtərəfli qızardın. Bankaları
sterilizə edin. İçinə bibərləri aralarına sarımsaq qoya-qoya düzün,
üzərinə marinad tökün. Bankaları 15 dəqiqə qaynadın. Bağlayın. Soyuq yerdə saxlayın. Nuş olsun!