Tərkibi:
7 ədəd orta ölçülü yerkökü
2 ədəd şüyüd budağı
3/4 st. sirkə
3/4 st. su
1/3 st. şəkər tozu
2,5 ç.q. duz
1 ç.q. şüyüd toxumu
0,5 ç.q. zirə toxumu
1/4 ç.q. qara istiot
Hazırlanması:
Yerkökünü təmizləyib nazik doğrayın.
Qaynayan suya salıb 1 dəqiqə saxlayın.
Suyu süzün, yerkökünü soyuq suyun altında yuyun. Şüyüdlə birlikdə bankaya (bankalara) yığın.
Marinad: sirkəni su, şəkər tozu, duz, şüyüd və zirə toxumları, qara istiotla qarışdırın. Ocağın üstə qoyun, qaynara düşəndə götürün.
Marinadı qaynar-qaynar bankadakı yerkökünün üstünə tökün. Tam soyuyandan sonra qapağın bağlayın. Soyuducuda saxlayın.