Toyuğu davamlı olaraq eyni şəkillərdə yeməkdən darıxdınızmı? Əgər cavabınız hədirsə sizlər üçün araşdırdığımız bu fərqli tərifi təcrübədən keçirə bilərsiz.
Tərkibi: Bir kilo toyuq əti Bir ədəd yumurta Yarım su stəkanı un Yarım stəkan qarğıdalı nişastası Bir paket qabartma tozu Yarım su stəkanı su
Şirin turş sous üçün:
2 yemək qaşığı qarğıdalı nişastası 1 su stəkanı su 2 xörək qaşığı ketçup 3 yemək qaşığı üzüm sirkəsi 3 yemək qaşığı əsmər şəkər 1 yemək qaşığı soya sosu 1 şirin qaşığı bal
Hazırlanması:
İlk əvvəl şirin turş souslu toyuğu hazırlayın. Bunun üçün, qarğıdalı nişastasını su ilə qarışdırın. Qarışığı bir sous qazanina alın. Qarışığın içinə, ketçup, üzüm sirkəsi, əsmər şəkər, soya sosu və balı əlavə edin. Bu qarışığın ocağın üzərinə götürərək bişirin.
Başqa bir qabın içində bir ədəd yumurta, unu, nişastanı, qabartma tozunu, suyu əlavə edərək çalın.
Toyuq ətlərini hazırladığınız unlu qarışığın içinə batırın və qızdırıcı yağın içində qızardın.
Boşqaba aldığınız qızaran toyuqların üzərinə hazırladığınız şirin turş sosu əlavə edərək sousla birlikdə qarışdırın.
Sousu tamamilə canına çəkən toyuqları xidmət edin.