Tərkibi: 4 ədəd yuxa 400 qram ağ pendir Yarım dəstə cəfəri 1,5 su stəkanı süd Yarım su stəkanı soda 2 ədəd yumurta Yarım su stəkanı maye yağ 1 yemək qaşığı küncüt və çörək otu qarışığı 1 yemək qaşığı kərə
Hazırlanması: Bir kasada süd, soda, yumurta və duru yağı qarışdırın. Ayrı bir qabda iç xərci üçün pendiri xırda xırda hala gətirin.
Keks qəlibini yağlayın. Ən alt hissəyə küncüt və ya çörək otunu səpin.
1 ədəd tam yuxa qəlibin içərisinə diqqətlə və yuxanın bir qismi kənarda qalacaq şəkildə yerləşdirin.
Daha sonra bir yuxa daha alıb sodalı qarışığa batırın. Keks qəlibinə yerləşdirərək pendiri paylayın.
Qalan yuxa 1 ədədi yenə dörd hissəyə ayırıb, sousa batırıb qəlibə yerləşdirin.
Qalan pendirin hamısını qoyaraq, son qalan yuxa səliqə ilə sousa batırıb yerləşdirin.
Qəlibin kənarında yuxa parçalarını diqqətlə içə doğru qatlayaraq böreyi bağlayın.
180 dərəcə 40 dəqiqə bişirdikdən sonra servis edin.