Tərkibi: 2 su stəkanı düyü 2 ədəd badımcan 2 ədəd çarlston istiot 5-6 kiçik boy toyuq budu Duz İstiot Düyülərin üzərini çox az keçəcək qədər budun qaynadılmış suyu
Hazırlanması: Badımcanları alabəzək bir şəkildə soyaraq acısı çıxsın deyə suyun içərisinə qoyun. Bu zaman toyuqların dərisini çıxararaq, bol suyun içərisində pörtün.
Əvvəla üzərinə əlavə olunan tərəvəzləri hazırlayaraq işə başlaya bilərsiz. Bibərləri sote şəkildə doğrayın. Az yağın içərisində yüngül rəngi dönənə qədər qarışdırın. Sonra badımcanları silib yağın içərisində qızardın.
Pörtən toyuqların suyunu süzüb, az yağda qızardın.
Toyuqlar qızaranda üzərinə qızardılan badımcanlar ilə istiotlar düzür və qaşıq ilə üzərilərinə yatırılır.
Ən üst hissəyə düyü gələcək şəkildə düzdükdən sonra qaşıqla əzin. Düyünün üzərinə toyuğun qaynar olan şirəsindən üzərini çox az keçəcək qədər əlavə edin.
Ən son duz və istiotu əlavə edərək qaynamağa buraxın. Sonra zəif odda bişirdikdən sonra ocaqdan götürün.
Plov qazanını xidmət qabının üzərinə tərs çevirərək xidmət edə bilərsiz.