Soba paketində toyuq resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 4 145
Səs ver:
(səs: 0)
Tərkibi:
6 ədəd toyuq bageti
2 ədəd orta boy kartof
1 ədəd böyük boy qabaq
1 ədəd böyük boy yerkökü
3 diş sarımsaq

Marinadı üçün;
2 çay qaşığı istiot
1 çay qaşığı zirə
1 çay qaşığı pul bibər
1 çay qaşığı kəklikotu
2 çay qaşığı duz
3 yemək qaşığı zeytun yağı

Üzəri üçün;
2-3 budaq təzə rozmarın

Hazırlanması:
Reseptə toyuğu souslayarak başlayın. Dərin bir qabın içinə zeytun yağı, duz və ədviyyatları alın. Yaxşıca qarışdırın.

Sonra içərisinə baketləri qoyun və qarışdırın. Təxminən 20 dəqiqə marinad edin.

Bu zaman yerkökü, qabağı və kartofları soyun dairəvi şəkildə dilimləyin.

Marinad edilmiş toyuğun üzərinə tərəvəzləri əlavə edin. Son olaraq sarımsaqların qabıqlarını çıxarıb, ortadan ikiyə bölərək əlavə edin. Toyuq tərəvəzləri birləşdirin.

Bütün materialları soba torbasının içinə salın. Torbanın ağzını bağlayın. Bir neçə yerindən kiçik dəliklər açın.

Bir soba nimçəsi, ya da soba qabı hazırlayın. Soba torbasını yerləşdirin. 180 dərəcəlik sobada təxminən 30 dəqiqə bişirin.

Bişən yeməyi geniş bir qaba çatdıraraq xidmət edə bilərsiz.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 4 145
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri